Bərdə rayonu, Boyəhmədli kəndi ərazisində "QAZ“ markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub.
Minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Şükürov Ravi Bayram oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.