Bərdədə “Niva” su kanalına düşdü: 2 yaralı - <span style="color:red;">YENİLƏNİB-1
06 oktyabr 2015 00:55 (UTC +04:00)

Bərdədə “Niva” su kanalına düşdü: 2 yaralı - YENİLƏNİB-1

0

Bərdə rayon ərazisində Şorsu kanalına düşən “Niva” markalı, 10 SB 417 dövlət nömrə nişanlı avtomobilin sürücüsü hələ də tapılmayıb.

 

 APA-nın Qarabağ bürosunun məlumatın görə, Bərdə rayon polisi qəza törətdikdən sonra qaçan sürücünü axtarır. Hadisə yerinə gələn FHN-nin Qarabağ Regional İdarəsinin xilasetmə qrupu maşını kanaldan çıxardıb. Bərdə rayon Dövlət Yol Polis idarəsinin əməkdaşları isə avtomobili cərimə meydançasına aparıb.

 

APA-nın Qarabağ müxbirinin hadisə şahidlərindən əldə etdiyi məlumata görə,  kanala düşən maşından 4 nəfər çıxıb. Sürücü və sərnişinlərdən biri hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn yerli sakinlər, ağır vəziyyətdə olan digər sərnişinlər Hafiz Abdullayev və Emil İsmayılovu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırıblar.

 

***

 

Bərdənin Həsənqaya kəndində "Niva" markalı avtomobil kanala düşdüyü an içərisində 1 sürücü və 3 sərnişin olub.

 

 APA-nın Qarabağ bürosunun məlumatına görə, onlardan ikisi artıq  xəstəxanaya yerləşdirilib.

 

1974 cu il təvəllüdlü Bərdə rayon Qarağacı kənd sakini Abdullayev Hafiz Fəzail oğlu və Yevlax şəhər sakini 1993-cü il təvəllüdlü İsmayılov Emil Məhərrəm oğlu Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan APA-ya bildirilib ki, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

 

***

 

Bərdə-Yevlax yolunun Bərdənin Həsənqaya kəndindən keçən hissəsində "Niva" markalı avtomobil Şorsu kanalına düşüb.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə,  FHN-nin qüvvələri hadisə yerinə cəlb olunub.

 

Avtomobilin salonunda 3 nəfər olub.

 

İlkin ehtimala görə, avtomobildəkilər yaxınlıqdakı kafedən çıxıblarmış və sürücü sərxoş olub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar