Fevralın 12-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospekti 67 ünvanının qarşısında 1989-cu il təvəllüdlü Məmmədov Anar Kamil oğlunun idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxıb. 24 yaşlı oğlanın sürdüyü maşın yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq A.Məmmədovn həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, qəzanın səbəbləri araşdırılır.