Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı: <span style="color:red;">1 ölü, 10-dan çox yaralı <span style="color:red;">- FOTO - VİDEO   - <span style="color:red;">YENİLƏNİB
12 iyul 2018 09:35 (UTC +04:00)

Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı: 1 ölü, 10-dan çox yaralı- FOTO - VİDEO - YENİLƏNİB

 
 
Bakıda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
 
 
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
 
 
Onun sözlərinə görə, hadisə Bakı-Qazax magistralının 21-ci kilometrliyində baş verib. Şəhər istiqamətində hərəkət edən yük maşını gəldiyi sürətlə arxadan 149 saylı marşrut üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. 
 
 
Nəticədə avtobus aşıb: "Polisin ilkin məlumatına görə, hadisə yük maşını sürücüsünün sükan arxasında yuxulaması nəticəsində baş verib".

 

M. Ağayev bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb, təxminən 10-dan çox şəxs isə yaralanıb. Onlar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar. 

 

***

 

 
 
09:10
 
 
Bakıda sərnişin avtobusu ağır qəzaya düşüb.
 
 
Lent.az-ın məlumatına görə, yük maşını arxadan 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq aşıb. 
 
 
İlkin məlumata görə, qəza zamanı bir qadın dünyasını dəyişib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar