Bakıda tapılan kəsilmiş insan parçasına görə iş başlandı – <span style="color:red;">ŞOK GÖRÜNTÜ
24 aprel 2014 17:36 (UTC +04:00)

Bakıda tapılan kəsilmiş insan parçasına görə iş başlandı – ŞOK GÖRÜNTÜ

Fevralın 26-da Bakının Suraxanı rayonunda tapılmış kəsik insan ayağının kimə məxsus olması hələ də məlum deyil. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, insan əzasının kimə məxsus olması ilə bağlı çoxsaylı ekspertizalar keçirilib, Bakının bütün xəstəxanalarına sorğular göndərilib. Məlum olub ki, ayaq xəstəxana şəraitində, peşəkar vasitələrlə kəsilməyib. Daha sonra Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi) ilə iş başlanılıb və iş araşdırılması üçün rayon polis idarəsinə göndərilib. Kəsildikdən sonra atılmış insan əzası üzərindəki yol-nəqliyyat hadisəsinə uyqun bəzi detallar məhz yuxarıda qeyd edilən maddə ilə cinayət işinin açılmasına səbəb olub.

 

Lent.az Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tapılmış insan əzasının fotosunu da əldə edib. Fotodan məlum olur ki, ayaq baldır sümüyündəki qanqren nəticəsində kəsilib.

 

Qeyd edək ki, Neapol dairəsindən Qaraçuxur qəsəbəsinə gedən yolun yaxınlığında, Kərpiczavod adlanan ərazidəki təpəlikdən tapılan yeni kəsilmiş insan ayağının orta yaşlı şəxsə məxsus olduğu ehtimal edilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

Nizam Rza

Oxşar yazılar