Bakıda stomatoloqun evini taladılar - 38 qızıl diş, 10 min manat...
19 iyun 2016 16:34 (UTC +04:00)

Bakıda stomatoloqun evini taladılar - 38 qızıl diş, 10 min manat...

Bakıda diş həkimi Eyyub Ələsgərovun evi qarət olunub. Lent.az anspress-ə istinadən xəbər verir ki,  naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.

 

Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.

 

İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.

 

Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar