Bakıda şirkət prezidenti “qardaşım terrorçudur” deyib aləmi qarışdırdı – TƏFƏRRÜAT
08 fevral 2013 11:19 (UTC +04:00)

Bakıda şirkət prezidenti “qardaşım terrorçudur” deyib aləmi qarışdırdı – TƏFƏRRÜAT

Fevralın 7-də Bakıda polisə yalan məlumat vermə faktı qeydə alınıb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1952-ci il təvəllüdlü Rəcəbov Ərəstun Qaraxan oğlu Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng vurub. O bildirib ki, qardaşı 1961-ci il təvəllüdlü Rəcəbov Əflatun Qaraxan oğlu evində külli miqdarda silah-sursat saxlayır. Ərəstun Rəcəbov polisə onu da bildirib ki, Əflatun Bakıda terror aktları həyata keçirməyə çalışır və bu məlumatı polisə deməklə dövlətə vətəndaşlıq borcunu verməyə çalışır. Polis dərhal məlumat əsasında tədbirlərə başlayıb. Əflatun Rəcəbovun evinə və digər tikililərə baxış keçirilib. Nəticədə yalnız bir ov tüfəngi aşkarlanıb və məlum olub ki, Ərəstun Rəcəbov polisə yalan məlumat verib.

 

Hüquq-mühafizə orqanları bu dəfə Ərəstun Rəcəbovu axtarıb tapıb, o polis bölmələrindən birinə gətirilib. Məlum olub ki, 61 yaşlı kişi sərxoş vəziyyətdədir və məlumatı verərkən də içkinin təsiri altında olub. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi də başlanılıb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Binəqədi RPİ-də başlanmış cinayət işi Ərəstun Rəcəbov barəsində ilk cinayət materialı deyil. Məlumata görə, Ə.Rəcəbov "Şeyx Nəzər" MMC şirkətinin təsisçisi və prezidentidir. Daşınmaz əmlak işləri ilə məşğul olan şirkətin rəhbəri bəzi vətəndaşların külli miqdarda pulunu mənimsədiyinə və digər dələduzluq əməllərinə görə, onun barəsində Nəsimi RPİ də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə də iş başlanılıb. Ə.Rəcəbov cinayət işinin istintaqından boyun qaçırdığına görə bir dəfə polis tərəfindən saxlanılsa da, sonradan dilində iltizam alınaraq sərbəst buraxılıbmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2840
avatar

Nizam Rza

Oxşar yazılar