Bakıda sirkə içmiş qız xəstəxanada ölüb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 9-da Maştağa qəsəbəsində yaşayan 1983-cü il təvəllüdlü İsbəndiyarova Vüsalə Həsən qızı sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, 30 yaşlı qadın fevralın 14-də xəstəxanada ölüb.
Ölüm faktı ilə əlaqədar prokurorluqda araşdırma aparılır.