Bakıda rüşvət almış məmur həbsxanada ölüb
07 fevral 2013 16:00 (UTC +04:00)

Bakıda rüşvət almış məmur həbsxanada ölüb

Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham olunaraq 2011-ci ildə həbs edilən 1958-ci il təvəllüdlü Məbud Məmmədov ağır vəziyyətdə müəssisəyə gətirilib. Həkimlərin səyinə baxmayaraq, 55 yaşlı məhbusun həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, dünyasını dəyişmiş M.Məmmədov uzun illər Suraxanı Rayon Hərbi Komissarlığında çalışıb. Komissarlığın məsul işçisi olan M.Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.

 

M.Məmmədovun xəstəlikdən öldüyü bildirilir. Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3281
avatar

Nizam Rza

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21