Bakıda soyğunçuluq etmiş 2 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 26-da Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində Bakı şəhər sakini Elnarə Hüseynovaya qarşı soyğunçuluq hərəkətlərində şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Qəhrəman Məmmədov və 1984-cü il təvəllüdlü Kamil Quliyev tutulub.
Araşdırma aparılır.