Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları mənzilində əxlaqsızlıq yuvası açan qadını ifşa edib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Gülarə Səfərovanın, Bakı şəhərində mənzillərin birində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.