
Bakıda parkda kişini öldürən qadının məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 28-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında gecə saatlarında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanalrının araşdırması nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub. O, gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. G.Qasımova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib
Oxşar yazılar

Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü
12 iyul 2025 , 04:40
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Yevlaxda DƏHŞƏT: Ögey qardaşını öldürdü
12 iyul 2025 , 01:28
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33