Bakıda nurçulara qarşı keçirilmiş əməliyyatla bağlı <span style="color:red;">AÇIQLAMA
13 aprel 2014 13:46 (UTC +04:00)

Bakıda nurçulara qarşı keçirilmiş əməliyyatla bağlı AÇIQLAMA

Ötən gün gecə saatlarında Bakının Yasamal rayonunda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox insanın vəkili Yasamal rayon Polis Şöbəsinə müraciət edəcək. Lent.az-ın məlumatına görə, “Nur” təriqətinə məxsus olduğunu deyən şəxslərdən biri anspress-ə saxlanılan şəxslərin nurçu olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan şəxslər barəsində onlara heç bir məlumat verilmir: “Onları bölməyə aparıblar. Ordan isə hara apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil ordernə gedəcək və nə üçün onların saxlandığını öyrənəcək. Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar “Nur” camatıdırlar, “Gülən” camaatı deyillər. Ora onların öz evləridir. Orada namaz qılırlar, kitab oxuyurlar. Həmin ev bir kişinin mülküdür”.

 

Yasamal rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, əməliyyatı onlar həyata keçirməyib: “Bizdə bununla bağlı hər hansı məlumat yoxdur”.

 

Qeyd edək ki, Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu ərazisində, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində 2 mərtəbəli yaşayış evində keçirilən əməliyyat nəticəsində 30-dan çox şəxs saxlanılıb. Evdən xeyli sayda dini kitablar müsadirə edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3472
avatar

Nizam Rza

Oxşar yazılar