Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Qədirov Rasim Gülağa oğlu idarə etdiyi “Moskviç” markalı, 10 AK 627 nömrə nişanlı avtomobillə piyadanı vurub. Nəticədə ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Ölən şəxsin kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar başlanılıb.
Qeyd edək ki, piyadanı vurub öldürən avtomobil Hövsan məscidinə aiddir.