
Bakıda avtobus qəzası: bir nəfərin başı zədələndi - YENİLƏNİB
Xəsarət alan bir nəfərin hazırda müalicəsi davam edir.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində xəsarət alan kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
***
12:34
Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.
BNA tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.
Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33