Fevralın 9-da Bakı şəhərinin Yasamal rayonu ərazisində Gürcüstan vətəndaşı baltalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Abbasov küçəsində Lənkəran şəhər sakini Taleh Bağırov Gürcüstan vətəndaşı Əlləz İsmayılovun başından balta ilə 4 dəfə vuraraq ona ağır xəsarət yetirib.
Yasamal RPİ CAŞ və 28-ci PB-nin əməkdaşları T.Bağırovu yaxalayaraq istintaqa təhvil verib.