Bakıda güclü yanğın: <span style="color:red;">ölən var   - <span style="color:red;">YENİLƏNİB
30 mart 2014 18:50 (UTC +04:00)

Bakıda güclü yanğın: ölən var - YENİLƏNİB

Bu gün Bakıda baş vermiş dəhşətli yanğın hadisəsində ölən şəxsin kimliyi müəyyənləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Binəqədi qəsəbəsi, 2-ci Mədən, 99-cu korpusda fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yanaraq ölən şəxs 1961-ci il təvəllüdlü Şamoxin Vyaçeslav Viktoryeviçdir. Onun tənha yaşadığı və spirtli içki aludəçisi olduğu bildirilir.

 

 

``````

 

18:36

 

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan evin taxta konstruksiyalardan ibarət aynabənd və mətbəxi 24 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı bir cəsəd aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 14:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7716
avatar

Nizam Rza

Oxşar yazılar