Bakı şəhərinin Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı sakini 55 yaşlı Namiq Orucov yaşadığı mənzildə həyat yoldaşı Səadəti bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir. N.Orucov saxlanılıb, faktla əlaqədar araşdırmalar aparılır.