Fevralın 12-də axşam saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində “Mercedes” markalı minik avtomobili 2 qadını və bir azyaşlı uşağı vurub.
Məlumata görə, minik avtomobili Yevlax rayon sakinləri 1983-cü il təvəllüdlü Cavadova Gülnaz Ələmdar qızını, onun 20 yaşlı bacısı Rəhiləni və 5 yaşlı qızı Gülçini vurub. Gülnaz hadisə yerində, Gülçin isə 3 saylı şəhər xəstəxanasında ölüb. R.Cavadovanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, avtomobillə vurulmuş şəxslər Yevlaxdan Bakıya müalicə olunmaq üçün gəliblərmiş fakt əlaqədar cinayət işi başlanılıb.