Bakıda daha bir abituriyent <span style="color:red;">FACİƏSİ : az bal topladığına görə özünü 9-cu mərtəbədən atdı  - <span style="color:red;">YENİLƏNİB
23 iyul 2018 14:24 (UTC +04:00)

Bakıda daha bir abituriyent FACİƏSİ: az bal topladığına görə özünü 9-cu mərtəbədən atdı - YENİLƏNİB

Bu gün səhər saatlarında özünü Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış. 

 

Lent.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.

 

Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış. 

 

Onun rəfiqəsinin anası Lent.az-a deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: "Ailədə bir qardaş, iki bacıdırlar. Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depressiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi".

 

Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur. Onun atası hazırda Rusiyadadır. 

 

 

***

 

12:28

 

Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Tural TURAN

Oxşar yazılar