Bakıda aptekdən oğurluq oldu - KAMERA GÖRÜNTÜSÜ
03 noyabr 2015 09:43 (UTC +04:00)

Bakıda aptekdən oğurluq oldu - KAMERA GÖRÜNTÜSÜ

Bakıda aptekdən oğurluq olub. APA TV-nin xəbərinə görə, oğurluq hadisəsi Binəqədi rayonu, 9-cu mikrorayonda Həmzə Babaşov küçəsi-11 ünvanında yerləşən aptekdə baş verib.

 

Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, səhər saatlarında işə gələn əczaçı yerdə şüşə qırıntıları və aptekdə dərmanların yerlə bir olduğunu görüb. Oğurluq hadisəsinin baş verdiyini anlayan Şəhla Allahverdiyeva dərhal müdiri ilə əlaqə saxlayıb: "Gəldim gördüm hər şey yerə dağılıb, şüşə qırıntılarını görən kimi xəbər verdim". 

 

Mağazanın sahibi  ərazi üzrə xidmət aparan 7-ci polis bölməsinə məlumat verib. Aptekdə olan kameralara baxış zamanı oğurluğa gələn şəxsin yaxınlıqdakı şirniyyat evinin damından içəri girdiyi məlum olub.

 

İlkin ehtimala görə, oğurluq edən şəxs tək olmayıb. Aptekdəki kassa aparatından pul və xeyli pampers aparıldığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb. Hadisəni tərədən şəxslərin kimliyi müəyyənləşdirilir.

 

Qeyd edək ki, bu,  aptek sahibinin başına gələn ikinci oğurluq hadisəsidir. Analoji hadisə daha öncə sentyabrın 19-da onun Xətai rayonu, Zığ şosesində yerləşən aptekində də baş verib. Hadisədən az sonra cinayətkar tapılaraq məsuliyyətə cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar