Bakıda "Mercedes" hasara çırpıldı: 1 ölü, 1 yaralı
06 oktyabr 2015 05:56 (UTC +04:00)

Bakıda "Mercedes" hasara çırpıldı: 1 ölü, 1 yaralı

0

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.  APA-nın məlumatına görə, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metro stansiyası istiqamətində hərəkətdə olan "Mercedes"in sürücüsü E.Həsənov havanın yağışlı olması səbəbindən idarəetməni itirib. Sürət yüksək olduğundan sürücü yaş yolda avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb.

 

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini Şaiq Abbasov xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar