<b>Bakıda 4 nəfər maşının altında qalıb öldü</b> - YENİLƏNİB
23 oktyabr 2017 12:36 (UTC +04:00)

Bakıda 4 nəfər maşının altında qalıb öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 22-də saat 14 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Kamran Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini Şəfəq Şirəliyevanı vurub. Ş.Şirəliyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Oxşar hadisə oktyabrın 22-də saat 19 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində də baş verib. Gürcüstan vətəndaşı Əsəd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lökbatan qəsəbə sakini Mansur Dəmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa oktyabrın 21-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

 

 

****

 

10:15

 

Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Lent.az xəbər verir ki, Binəqədi qəsəbəsində "Lada" markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə "Honda" markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

 

Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada "Mercedes" markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb.

 

Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında "Daewoo" markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35