Bakıda oğurluqla məşğul olan iki qardaş tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 28-də 7-ci Əhmədli küçəsində Samirə Səmədovanın evindən, içərisində 700 manat olan əl çantası oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri - əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Rəsul Həsənov və qardaşı Ramin tutulub.
Araşdırma aparılır.