Bakı polisi Rəqsanənin həbsi üçün əməliyyata başlayıb
10 aprel 2013 18:07 (UTC +04:00)

Bakı polisi Rəqsanənin həbsi üçün əməliyyata başlayıb

 

Muğənni Rəqsanə İsmayılovanın tutulması istiqamətində işlər aparılır.


Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə axtarışa verilib.

 

Hazırda R.İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6744
avatar

Oxşar yazılar