Azərbaycanda yol terroru davam edir: 6 ölü, 18 yaralı
18 yanvar 2015 10:12 (UTC +04:00)

Azərbaycanda yol terroru davam edir: 6 ölü, 18 yaralı

Yanvarın 17-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 6 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə gün ərzində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 6 nəfərdən başqa 18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ölümlə nəticələnən qəzalar Yevlax, Sumqayıt, Quba, Ucar, Göygöl və Xızıda baş verib.

 

Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar