Azərbaycanda yol qırğını:<span style="color:red;"> 8 nəfər öldü  - YENİLƏNİB
16 oktyabr 2015 12:47 (UTC +04:00)

Azərbaycanda yol qırğını: 8 nəfər öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, oktyabrın 15-də saat 08 radələrində Göyçay rayonunun Mallı-Şıxlı kəndində Ucar rayon sakini Nadir Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakinləri Zahid Hüseynovu və Elnur Mikayılovu vurub və nəticədə hər iki piyada hadisə yerində ölüb. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

 

Oktyabrın 15-də saat 09 radələrində Goranboy rayonunun Şəfəq kəndində kənd sakini Rəhman Vəliyev idarə etdiyi “VAZ-21725” markalı avtomobillə yolun kənarında dayanmış həmkəndliləri Raya Nəbiyevanı və Elmira Qurbanovanı vurub və nəticədə hər iki şəxs hadisə yerində ölüb. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

 

Oktyabrın 15-də saat 08 radələrində Gəncə şəhərində Göygöl rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Valeh Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. R.Məmmədov izahatında V.Musayevin ondan öncə müəyyən edilməmiş digər avtomobillə vurulmasını bildirib.

 

Oktyabrın 15-də saat 11 radələrində Bərdə şəhərində Yenidaşkənd kənd sakini Sərxan Həsənov idarə etdiyi “NAZLifan” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xəlil Nəbiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Nəbiyev orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

 

Oktyabrın 15-də saat 16 radələrində Abşeron rayonunun Saray qəsəbəsində Sumqayıt şəhər sakini Mirməcid Eminov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yol ayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

09:56

 

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalar 8 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumtına görə, sutka ərzində ümumilikdə 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində dünyasını dəyişən 8 nəfərdən başqa 11 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Qəzalarda ölənlərin əksəriyyəti piyadalardır. Dünən Göyçay və Goranboy rayonlarının baş vermiş piyadavurmaların hər birində 2 nəfər ölüb.

 

Bundan başqa Şabran, Bərdə və Gəncənin Nizami rayonlarında da avtomobillərin vurduğu piyadalar dünyasını dəyişib.

 

Bakı-Sumqayıt yolunun 19-cu kilometrliyində "Tofaş"ın maneəyə çırpılmsı nəticəsində isə 44 yaşlı sürücü həyatını itirib.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Nizam Rza

Oxşar yazılar