Azərbaycanda quduz itlər 11 yaşlı uşağı parçaladı
14 iyun 2013 14:49 (UTC +04:00)

Azərbaycanda quduz itlər 11 yaşlı uşağı parçaladı

Cəlilabad rayonu Hacıismayıllı kəndinin 11 yaşlı sakini Sübhan Abbasov yaşadığı kənddə sahibsiz it sürüsünün hücumuna məruz qalıb. Lent.az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, azyaşlı örüş sahəsindən qoyunları evə gətirərkən qəfildən 4 sahibsiz it onun üstünə hücum çəkib. Azyaşlının ayaqlarını, eləcə də bədəninin müxtəlif nahiyələrini parçalayan quduzlaşmış itlər onun sağ qolunu da sındırıblar. Xoşbəxtlikdən ətrafda təsərrüfat işləri ilə məşğul olan kənd sakinləri 11 yaşlı Sübhanın qışqırıq səslərini eşidərək onu itlərin caynağından xilas edə biliblər.

 

Sübhanın atası Ağayar Abbasov belə hadisə ilə ikinci dəfədir ki, qarşılaşdığını deyir. Onun sölərinə görə, bir müddət əvvəl quduz it sürüsü onun saxladığı heyvanlara da hücum çəkib.

 

Dərhal xəstəxanaya çatdırılan 11 yaşlı Sübhan Abbasova quduzluq əleyhinə vaksin vurulub, hazırda onun səhhəti normaldır.

 

Cəlilabad Rayon Baytarlıq idarəsindən verilən məlumata görə, sözügedən ərazidə 160 itə quduzluq əleyhinə vaksin vurulmaqla ərazi nəzarətə götürülüb. Əgər vəziyyət təhlükəli olarsa, o zaman sahibsiz itlərin zərərsizləşdirilməsi istisna edilmir. İdarədən o da bildirilib ki, sahibsiz itlərin saxlanılması üçün hər hansı bir yer olamadığından onlara tam nəzarət etmək mümkün deyil.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708
avatar

Oxşar yazılar