Azərbaycanda qadın özünü güllələyib
30 dekabr 2015 13:06 (UTC +04:00)

Azərbaycanda qadın özünü güllələyib

0

Saatlı rayonunda qadın özünü güllələyib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da Saatlı rayonunun Azadakənd kəndində yaşayan Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davranaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

Saatlı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar