Fevralın 7-də Şamaxı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qaravəlli kəndində, kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Aqşin Gülmirzə oğlu özünü asıb. 17 yaşlı oğlan yaşadığı evin həyətindəki qoz ağacından özünün asaraq intihar edib. Bunu görən yaxınlıları dərhal ipi kəsiblər və A.Məmmədovu xəstəxanaya aparıblar. Lakin ağ ciyərləri partlayan oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, intihar etmiş oğlan orta məktəb şagirdi olub. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.