Fevralın 9-da Masallı rayonunda silahlı insident baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, həmin gün saat 22:30 radələrində Təklə kəndində kənd sakini, Rzayev Etibar Aydın oğlu ailə-məişət münaqişəsi zəminində qonşuluqda yaşayan qayınatası İbayev Novruz Rüstəm oğlunu güllələməyə çalışıb. Xoşbəxtlikdən açılan atəş N.İbayevdən yan keçib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.