![[b]Azərbaycanda ər arvadını bıçaqladı - <span style="color:red;">Həkimlərin səyi nəticə vermədi [/b]](https://lent.az/storage/news/2019/april/06/big/9319d8f59bfd2cc4541e1feadaf6a0d2.jpg)
[b]Azərbaycanda ər arvadını bıçaqladı - Həkimlərin səyi nəticə vermədi[/b]
Masallıda ərlə arvadın münaqişəsi ölümlə nəticələnib.
ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə Masallı şəhəri N.Nərimanov küçəsində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev ilə həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyeva arasında ailə-məişət zəminində münaqişə yaranıb.
Nəticədə ər həyat yoldaşının qarnına bıçaqla xəsarət yetirib. Yaralını dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Nicat Şəbiyev polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Qeyd edək ki, Nicat Şəbiyev əvvəllər məhkumluq həyatı yaşayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33