Azərbaycanda daha bir kriminal avtoritet həbs olunub
28 mart 2013 18:39 (UTC +04:00)

Azərbaycanda daha bir kriminal avtoritet həbs olunub

Bu gün Gəncədə kriminal avtoritet saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, cinayətkar aləmdə "Qoçu" ləqəbi ilə tanınan Qoca Quliyev saxlanılıb. Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patronu olan "TT" markalı tapança aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar