Azərbaycanda bir ailə qidadan zəhərlənib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 4-də Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan Ziya Əliyev, arvadı Məhsəti, qızı Şəbnəm və oğlu Ruzi qidadan (meşə armudu) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
Araşdırma aparılır.