Ölənlərdən ikisi azyaşlıdır
İstirahət günləri Azərbaycanın müxtəlif ərazilərində baş vermiş bədbəxt hadisələr nəticəsində 10 nəfər ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 20.30 radələrində Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində Turan qəsəbə sakini Elxan Məmmədov “Ford” markalı avtomaşını arxaya hərəkət etdirərkən kənd sakini, azyaşlı Kamal Musayevi vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
- Avqustun 18-də “Qarabağ-Mil” su kanalının Beyləqan rayonu Milabad kəndinin ərazisindən keçən hissəsində Füzuli rayon sakini Ümüd Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.
- Avqustun 18-də Astara rayon sakini Gülnarə Dadaşovanı elektrik cərəyanı vurması nəticəsində ölüb.
- Avqustun 18-də Suraxanı rayonu Qum adasında Bakı şəhər sakini Mehdi Qarakişiyev dənizdə çimərkən suda boğulub.
- Avqustun 18-də Ağcabədi rayon sakini, nevroloji və ürək çatışmazlığı olan Taleh Cəfərov həyətində yıxılıb və başının daşa dəyməsi nəticəsində ölüb.
- - Avqustun 18-də Bərdə rayon sakini, azyaşlı Kənan Hidayətov evlərinin (5-ci mərtəbə) pəncərəsindən yıxılaraq ölüb.
- Avqustun 17-də Mingəçevir şəhəri Az.DRES qəsəbəsinin ərazisindəki “KİRS” müəssisəsinin inzibati binasında fəhlə işləyən Rəvan Cavadovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
- Avqustun 17-də Bakı şəhər sakini Şəfa Qasımova Qusar Olimpiya İdman Kompleksindən çıxaraq itkin düşüb. Avqustun 18-də Cağar-Cibir kanalının Balaqusar kəndi istiqamətinə ayrılan hissəsindən Ş.Qasımovanın suda boğulmuş meyiti tapılıb.
- Avqustun 17-də Samux rayonu Hacallı kəndinin ərazisində Kəlbəcər rayon sakini Cavid Məmmədli Gəncə çayında çimərkən suda boğulub. C.Məmmədlinin meyiti sudan çıxarılıb.
- - Avqustun 17-də Ağdaş rayonu Nehrəxəlil kəndinin ərazisində kənd sakini Rəşad Bəbişov su kanalında çimərkən suda boğulub.