Azərbaycan yollarında son sutkada: <span style="color:red;">4 ölü, 8 yaralı
01 mart 2016 10:25 (UTC +04:00)

Azərbaycan yollarında son sutkada: 4 ölü, 8 yaralı

Fevralın 29-da Respublika yollarında baş vermiş avtomobil qəzaları 4 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, gün ərzində ölkə yollarında ümumilikdə 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən 4 nəfərdən başqa, 8 nəfər də yaralanıb.

 

Ölümlə nəticələnən qəzalar Cəlilabad, Göygöl, Tovuz və Bakının Sabunçu rayonunda baş verib.

 

Hər bir faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar