Azərbaycan yollarında qanlı həftəsonu: <span style="color:red;">5 ölü, 26 yaralı
23 noyabr 2015 11:05 (UTC +04:00)

Azərbaycan yollarında qanlı həftəsonu: 5 ölü, 26 yaralı

 

Həftəsonu ölkə yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Lent.az-ınməlumatına görə, şənbə və bazar günləri respublika yollarında ümumilikdə 23 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 5 nəfərdən başqa 26 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ölümlə nəticələnən qəzalardan ikisi bazar günü baş verib. Hacıqabul rayonunda "VAZ 2107"nin "KamAZ"a çırpılması nəticəsində 3 nəfər ölüb. Şəmkirdə də "VAZ"ın yük maşınına çırpılması insan itkisi ilə nəticələnib.

 

Ölümlə nəticələnən digər hadisə isə şənbə günü Bakını Nərimanov rayonunda baş verib.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar