Bu gün saat 08.30 radələrində Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə silahlı insident olub. Müdadiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, N saylı hərbi hissəsində əsgər İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
Faktla bağlı araşdırma aparılır.