
Azərbaycan millisinin keçmiş üzvü MƏHKƏMƏ QARŞISINDA
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Miqdar Məmmədov və onunla ittiham olunan Orxan Atayev, Məhərrəm Məhərrəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayət veriblər.
Lent.az-ın məlumatına görə, iş üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmənin baxışı yanvarın 29-a təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.
Təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.
.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunub.
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38