AXCP üzvünün döyülməsinə DİN-in münasibəti
11 mart 2013 20:05 (UTC +04:00)

AXCP üzvünün döyülməsinə DİN-in münasibəti

Daxili İşlər Nazirliyi (DİN) martın 10-da Bakıda keçirilən “Əsgər ölümünə son!” aksiyasında iştirak edən AXCP üzvü Renad Nəcəfovun döyülməsinə münasibət bildirib.

 

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Renad Nəcəfovun polis bölməsində döyülməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar doğru deyil: “Əgər Renad Nəcəfov polis tərəfindən təzyiqə məruz qaldığını iddia edirsə, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edə bilər”.

 

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, R.Nəcəfov mərkəzdə müalicə olunur. R.Nəcəfova kəllə-beyin travması, almacıq sümüyünün sınığı, sifətində yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

 

Qeyd edək ki, R.Nəcəfov mətbuata açıqlamasında paytaxtın Fəvvarələr meydanında keçirilən “Əsgər ölümünə son!” aksiyasında polis tərəfindən döyüldüyünü bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56