Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cəlil Əlibəyov idarə etdiyi “VAZ-2113” markalı avtomobili yol kənarındakı hasara çırpıb. Nəticədə C.Əlibəyov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilən qızı Ramilə isə orada dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.