Sentyabrın 27-də Astara rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı yeni məlumat yayılıb. Lent.az-ın rayon prokurorluğundan əldə etdiyi məlumata görə, Maşxan kənd sakini 1966-cı il təvəllüdlü Mahir Əhmədovu arvadı deyil oğlu qətlə yetirib. Belə ki, axşam saatlarında M.Əhmədov evdə həyat yoldaşı ilə dalaşıb və arvadını döyüb. Buna dözməyən oğlu İlkin isə mətbəx bıçağını götürərək atasına hücum edib. İlkin Əhmədov bıçaqla atasına bir neçə zərbə endirib. M.Əhmədov xəstəxanada keçinib.
Faktla əlaqədar cinayət işi açılıb. İ.Əhmədov tutulub.
*****
03:49
Astara rayonunda qətl hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 27-də saat 19.00 radələrində rayonun Maşxan kəndində qeydə alınıb.
Astara rayonunun Maşxan kənd sakini, 1966-cı il təvəllüdlü Mahir Osman oğlu Əhmədovla həyat yoldaşı, 3 uşaq anası olan 1970-ci il təvəllüdlü Gülbahar Ağaşan qızı Əhmədova arasında başlayan münaqişə ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib.
Həkimlərin səylərinə baxmayaraq M.Əhmədov Astara Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.