Arvadını öldürən sabiq polisə hökm oxundu <span style="color:red;">- 9 il həbs
27 noyabr 2014 11:56 (UTC +04:00)

Arvadını öldürən sabiq polisə hökm oxundu - 9 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz kənd sakini Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Dilavər Əhmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın verilməsini xahiş edib. Son sözlə çıxış edən Dilavər Əhmədov cəzasının yüngül təyin olunmasını istəyib və azyaşlı uşaqlarını xatırladıb.


Tərəflərin çıxışından sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Dilavər Əhmədovun barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

 
Qeyd edək ki, Dilavər Əhmədov 2003-cü il noyabr ayında Səbail rayonu polis bölməsində polis vəzifəsinə işə düzəlib. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi rayon polis idarəsinə polis nəfəri vəzifəsinə keçirilib. 2011-ci ildə isə o, xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb.

 

Hadisəyə gəlincə, Dilavər Əhmədov 2 may 2014-cü il tarixdə, saat 12.00-da ailə üzvləri ilə birlikdə kirayəşin yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsindəki evdə həyat yoldaşı Gövhər Əhmədova ilə mübahisə edib. Gövhər özünə və uşaqlarına məxsus paltarlarını yığaraq atası evinə getmək istəyib. Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Dilavər onun getməsinin qarşısını almağa çalışıb. Lakin Gövhər Əhmədova təkidlə evdən gedəcəyini və uşaqları da özü ilə aparacağını bildirib.

 

Bu zaman Dilavər həyat yoldaşını öldürmək qərarına gəlib. O, Gövhər Əhmədovanı evin qonaq otağındakı kreslonun üstündə hər iki əli ilə boğazından tutaraq boğub. İlkin istintaq araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Gövhər Əhmədova bir müddət əvvəl “Odnoklassniki”də bir kişi ilə tanış olub və onlar arasında münasibət yaranıb. Dilavər Əhmədov bu məsələdən xəbər tutduqda ər və arvadı arasındakı münasibətlər daha da kəskinləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Səlcuq Elçin

Oxşar yazılar