Ankarada nazirlik və partiya binasına basqın
20 mart 2013 07:51 (UTC +04:00)

Ankarada nazirlik və partiya binasına basqın

Ankarada naməlum şəxslər Türkiyə Ədliyyə Nazirliyinin binasına və hakim, Ədalət və İnkişkaf Partiyasının qərargahına basqın edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,nazirliyə raket, qərargaha isə iki ədəd qranat atıblar.

 

İlkin məlumata əsasən, bir nəfər yaralanıb. Yerli informasiya vasitələri bildirib ki, iki şübhəli saxlanılıb.

 

Olayın məsuliyyətini hələlik heç bir qurum üzərinə götürməyib. Ancaq onu da ABŞ-ın Türkiyədəki səfirliyinin binası qarşısında partlayış törədən DHKP-C-çilərin etdiyi ehtimal olunur. Qeyd edək ki, həmin terrorçu qurumun  kürdlərə məxsus təşkilatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar