Ana olmaq həsrəti ilə yaşayan qadına qarşı <span style="color:red;">İNANILMAZ FIRILDAQ - TƏFƏRRÜAT - FOTOLAR
29 iyun 2017 16:45 (UTC +04:00)

Ana olmaq həsrəti ilə yaşayan qadına qarşı İNANILMAZ FIRILDAQ - TƏFƏRRÜAT - FOTOLAR

Bakı şəhər Binəqədi rayon Sulutəpə qəsəbə sakini, 37 yaşlı Lalə Abdullayeva üzləşdiyi dələduzluq əməli ilə bağlı Lent.az-a müraciət edib.

 

O bildirib ki, 4 il əvvəl tanış olduğu ekstrasens tərəfindən 260 min manat pulu mənimsənilib. Belə ki, 2002-ci ildə ailə həyatı quran L. Abdullayeva övladı olmadığı üçün ekstrasensin köməyinə ehtiyac duyub və onun görüşünə gedib: “Mən 2013- cü ilin mart ayından Salamova Tamilla Ənvər qızını tanımışam. Uzun müddət müxtəlif həkimlərə müraciət etsəm də, övladım olmurdu. Təsadüfən “Lider” televiziyasında Zabir Əliyevin təqdimatında “ Ekstra hiss” verlişinə baxdım. Həmin verlişdə Tamilla Salamovanın özünü reklam edərək bir çöx dərdlərə əlac etdiyini, hətta ailələrə övlad bəxş etdiyini söylədiyini eşitdim. Mən övlad xatirinə ona müraciət etmək qərarına gəldim və elan etdiyi telefon nömrəsinə zəng edərək onun Zığ yolunda yerləşən ofisinə getdim. Məni özünü onun köməkçisi kimi qələmə verən Leyla adlı şəxs qarşıladı. Sonralar mənə məlum oldu ki, həmin qız Tamilla Salamovanın öz qızıdır və adı Sima Xasıyevadır. İlk dəfə Tamillanın qıbuluna girdim və o, mənimlə təxminən  bir saat söhbət etdi və mənə çoxlu ümidlər verərək yola saldı. Söhbət əsnasında Tamilla mənə yaxşı tanışlarının olduğunu, nə iş olursa-olsun düzəldə biləcəyini, yuxarıda oturan məmur tanışlarının onu yaxşı qəbul edərək bütün işlərdə köməklik göstərdiklərini vurğuladı. Həmçinin guya mənim bir neçə aya hamilə qalacağımı bildirərək, tez- tez onun yanına gəlməyimi xahiş etdi. Həmin vaxt mən internetdə sayt yaradaraq müxtəlif reklamlar yerləşdirmək istəyirdim və bu barədə söhbət əsnasında ona bildirmişdim”.

 

L.Abdullayevanın iş qurmaq niyyətini öyrənəndən sonra T. Salamova ona kömək edəcəyinə dair vəd verib. Tanınmış ekstrasens 2 min manat müqabilində onun doğulub böyüdüyü evi, yəni atasının evini bəd ruhlardan təmizləyib. “Təxminən 2-3 gün sonra Tamillanın qızı telefonla məndən anasının yanına gəlməyimi xahiş etdi. Mən onun yanına gəldim. Tamilla məndən bir daha yenidən nə iş görmək istədiyimi soruşdu. Mən ona niyyətimi bildirərək  evimizdə təxminən 80 min manat pulumuzun olduğunu, lazım gələrsə, iş görən adama hörmət edə biləcəyimi də bildirdim. Tamilla öz növbəsində yuxarı səviyyəli məmurla mənim işimi danışdığını və tezliklə işlərimin qaydaya düşəcəyini dedi. Martın ortalarında Tamillanın qızı mənə zəng edərək anasının polisə aparıldığını, guya problemi olduğu üçün 10 min manat təcili pul lazım olduğunu bildirdi. Mən onlara inanaraq aparıb pulu ofislərinfə qızına verdim. Təxminən iki-üç gün sonra qızı mənə zəng edib pulumu qaytarmaq istədiyini bildirdi. Mən yenə ofisə getdim. Tamilla mənim 10 min manatımı qaytardı. Mən evə gəlib pullara baxanda təəəcüb etdim. Mənim onlara verdiyim pulların özünü mənə qaytarmışdılar. Bu barədə onlara heç nə demədim. Təxminən bir həftə sonra yenə məndən 10 min manat istədi və bir neçə gün sonra yenə də vermiş olduğum pulları eyni ilə mənə qaytardı. Sonradan mənə məlum oldu ki, o, bu yolla mənim etibarımı qazanırmış ki, sonradan məni böyük məbləğdə aldatsın”.

 

Şikayətçi qeyd edir ki, yavaş-yavaş Tamilla Salamovanın qızı Sima Xasıyeva ilə mütəmadi telefon əlaqəsi saxlamağa başlayıb: “Beləcə bizim dostluq əlaqələrimiz yarandı. Söhbət əsnasında qızı Simaya və Tamıllaya evdə 80 000 manat pulum olduğunu və bu pulu işim üçün sərf edəcəyimi bildirmişdim. 2013- cü ilin aprel ayının ortalarında Tamilla mənə zəng edərək, yenə ilişdiyini, təcili olaraq 80 min manat pul lazım olduğunu bildirdi və  yenə də çoxlu vədlər verməyə bağladı. Mən ona inanıb evdə olan 80 min manatı ona verdim. Bir müddət keçdikdən sonra mən pulumu geri tələb etməyə başlayanda Tamillanın qızı  bildirdi ki, anası yuxarıda oturan məmurla danışıb, mənim işin tezliklə düzəlir, saytlarda çoxlu reklam yerləşdirib, külli miqdarda pul qazanacam. Təxminən 2-3 gün sonra Tamilanın qızı Sima mənə zəng edib bildirdi ki, anası yuxarı səviyyəli məmurla söhbət edib və mənim iş qurmağım üçün əlavə olaraq 120 min manat pul  tələb olunur. Mən 120 min manat məbləğində pulumun olmadığını, 80 min manat pulumu onlara verdiyimi dedim. Verdiyim pulu tələb etdikdə Tamillanın qızı Sima mənə dedi: “Nəyə görə anama problem yaradırsan, anam sənə görə yuxarı səviyyəli adamlara müraciət edib. Həmin adamlar  təcili pulu gözləyir” dedi. Sima bildirdi ki, mən işimin xatirinə 120 min manatı tapıb təcili verim. Dedi ki, Novosibirskdən pul gözləyirlər. "Əgər sənə təcili pul lazım olsa, həmin puldan 80 min manatını sənə verərik". Mən onların vədlərinə inandım, qızıl-zinyət əşyalarımızı satıb və  ətrafımdan da pul toplayaraq onun dediyi pulu düzəltdim və verdim. Tamilla həmişəki kimi tezliklə internet saytımın açılacağını və işlərimin qaydaya düşəcəyini deyərək məni inandırdı. Bir müddət keçdikdən sonra mən heç bir yenilik olmadığını görüb Tamillaya müraciət ettim. O, bir az gözləməyimi və səbrli olmağımı tapşırdı. Mən tez-tez onların yanına gedib gəlməyə, 200 min manatı tələb etməyə başladım, əks halda polisə müraciət edəcəyimi dedim. Tamilla mənə bildirdi ki, o, pulu qaytara bilmir. Pul barədə söhbət ola bilməz. O, mənə təklif etdi ki, 350 min manat dəyərində ev-ofisi var. Onu guya mənə 260 min manata verə bilər. O, mənə təklif etdi ki, əlavə 60 min manat verim, həmin evi mənim adıma rəsmiləşdirsin. Mən külli miqdarda pulumun itirildiyini görüb, heç olmasa pulumun bu yolla qaytarılacağına  ümid edib özümün Moskva prospektində yerləşən iki otaqlı mənzilimi Tamillanın vasitəçiliyi ilə onun dediyi şəxsə 60 min manata satıb pulunu Tamillaya verdim. Mən özüm də bilmədən onun növbəti hiyləsinin qurbanı oldum və yeganə ümidim olan mənzilimi də itirdim”.

 

L. Abdullayeva qeyd edir ki, daha sonra T. Salamova ondan qaçmağa, telefon nömrələrini dəyişməyə başlayıb: “Mən yenə onu çətinliklə tapıb pullarımı tələb etməyə başladım. Tamilla bildirdi ki, mənə bir qəpik də pul verməyəcək, pulu yoxdur. "Ancaq mən sənə bir yaxşılıq edə bilərəm ki, səninlə notariusda borc müqaviləsi bağlayaram və sənun pulunu hissə hissə qaytarmağa çalışaram". Mən əlacsız qalıb, onun sonradan mənim ona ümumiyyətlə pul verməyimdən imtina edəcəyini fikərləşib 53 saylı notariat kontorunda onunla borc müqaviləsi bağladım. Biz notariat kontorunda olan zaman o, notariusda 235 min manata borc müqaviləsi bağladı. Mən borcun 260 min manat olduğunu bildirdim. Tamilla 25 min manatın maşında olduğunu bildirib dedi ki, çölə çıxanda 25 min manatı verəcək. Biz notariat kontorundan çıxdıqdan sonra mən ondan 25 min manatı tələb etdim. Tamilla  pulu yadından çıxarıb evdə qoyduğunu bildirərək pulu verməkdən imtina etdi. Dəfələrlə ofisinə getsəm də, özünə və qızı Simaya zəng etsəm də, məni ölüm ilə hədələdilər”.

 

L.Abdullayeva çıxılmaz vəziyyətdə qaldığını görərək bu ilin iyun ayının 13-də özünü öldürməyə cəhd edib və ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: “İndiyədək döymədiyim qapı qalmayıb. Ona görə də yeganə çıxış yolunu intiharda gördüm və buna getdim. Mənim intihar etməyimin tək səbəbi Tamilla Salamova, qızı Sima Xasıyeva,kürəkəni Azər Xasıyev, oğlu Orxan Salamov və Suraxanı İcra Şöbəsinin  icra məmuru İlqar Muxtarovdur. Həmin gün çoxlu dərman həbi qəbul etmişdim. Ata-anam axşam məni iftara çağıranda otaqda huşsuz vəziyyətdə görüb təcili xəstəxanaya aparıblar”.

 

Məsələ ilə bağlı bir neçə məhkəmə prosesi keçirilib. Həm Suraxanı, həm də Yasamal rayon Məhkəməsində L. Abdullayevanın xeyrinə qərarlar çıxarılıb. Lakin bu qərarların icrası baş tutmayıb. Hazırda kirayə yaşayan və 15 ilə yaxındır övlad həsrəti ilə yaşayan L.Abdullayeva onun pulunu mənimsəyən şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edir: “Mən hər dəfə evə gedəndə atamın gözündəki iztirab məni məhv edir. Hər dəfə polis məni çağıranda 64 yaşlı atamı xəstə halında özümlə aparmalı oluram. Anam əməliyyat olmalıdır, amma razı olmur. Bilmirlər mənim övladsızlığımın, yoxsa üzləşdiyim bu cinayətin dərdini çəksinlər. Həyatım məhv olub, övladım olmadığı üçün müalicə ala bilmirəm, bütün günü kağız-sənəd toplayıram”.

 

Qeyd edək ki, T. Salamova ilə bağlı xeyli insan hüquq-mühafizə orqanlarına müraciət edib. L. Abdullayeva qeyd edir ki, dəfələrlə bu işlərin birləşdirilib cinayət işinin açılmasını xahiş etsələr də, bu, baş tutmayıb.

 

Tamilla Salamova əvvəllər də dələduzluq əməli ilə bağlı həbs edilərək məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Nizam Rza

Oxşar yazılar