Ailəliklə qəzaya düşdülər:<span style="color:red;"> 5 yaralı
14 sentyabr 2015 11:20 (UTC +04:00)

Ailəliklə qəzaya düşdülər: 5 yaralı

Azərbaycanın Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qarasu kəndi ərazisindəLaçın rayon sakini Şəmsi Məcnunovun idarə etdiyi 90 UL 242 dövlət nömrə nişanlı "Naz Lifan" markalı avtomobil aşıb. Nəticədə Şəmsi Məcnunov və avtomobildə olan ailə üzvləri -  Xələf Səmədov, Züleyxa Məcnunova, Gülxar Məcnunova, Zemfira Məcnunova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar