Ağstafa rayonunda tikinti materialları dükanının gözətçi otağında baş vermiş yanğın nəticəsində bir nəfər ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Bakı-Qazax yolunun 451-ci kilometrliyində vətəndaşa məxsus inşaat tikinti materiallarının satışı mağazasının ümumi sahəsi 14 kv.m olan vaqon tipli gözətçi otağının yanar konstruksiyaları və əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Heydərov Eyvaz Səttər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.