"VAZ 2107 " yük maşını ilə toqquşdu, ölən var
29 dekabr 2015 23:31 (UTC +04:00)

"VAZ 2107 " yük maşını ilə toqquşdu, ölən var

Bu gün axşam saatlarında Gəndob -Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA -nın şimal bürosunun  məlumatına görə, qəza magistralın 32-ci km-də qeydə alınıb. 10 RM 567 dövlət nömrə nişanlı "VAZ 2107 " markalı minik maşını və Rusiya dövlət nömrə nişanlı "Tır" tipli yük maşını toqquşub.

 

Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün kimliyini hələləlik müəyyənləşdirmək mümkün olmayıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337

Oxşar yazılar