"I sinfə gedən şagirdlərin sayı artacaq" - Nazir
02 mart 2016 13:46 (UTC +04:00)

"I sinfə gedən şagirdlərin sayı artacaq" - Nazir

"Bu il Azərbaycanda I  sinfə gedəcək şagirdlərin sayı artacaq". APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il 1-ci sinfə gələn şagirdlərin sayı artır və növbəti 4-5 ildə də müşahidə olunacaq. Nazirin sözlərinə görə, bu da öz növbəsində təhsil sistemi üçün bir sıra çağırışlar - yeni siniflərin yaradılması, yeni müəllim hazırlığı deməkdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirildiyini deyən M.Cabbarov əlavə edib ki, ötən ildən I siniflərə elektron qəbula başlanılıb: “Bunun məqsədi prosesin sadələşdirilməsi, şəffaflaşdırılması, insan ünsiyyətinin və faktorunun miniuma endirilməsidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar