"Günəşli"dəki faciədə yaralananlar işə çıxmağa başlayıb
27 dekabr 2015 16:41 (UTC +04:00)

"Günəşli"dəki faciədə yaralananlar işə çıxmağa başlayıb

“Günəşli” yatağının 10-cu dərin özülündə baş verən faciəvi yanğından xəsarət alanlar artıq tam sağalaraq, öz işlərinin başına dönüblər. Lent.az xəbər verir ki, bu barədə musavat.com-a hazırda müalicəsini davam etdirən özülün rəisi Allahverdi Məmmədov məlumat verib.

 

A.Məmmədov bildirib ki, digər işçilər özülə qayıtsalar da, o, hələ müalicəsini davam etdirmək məcburiyyətindədir: “İşçilərin hamısı tam sağalıb, işlərinin başına dönüblər. Hadisə nəticəsində xəsarət aldığım üçün əməliyyat olunmuşdum. Tikişləri dünən söküblər. Bədənimdə ağrılar olsa da, ümumi vəziyyətim yaxşıdır. Əsas problem qolumdadır. Həkimlər bildirirlər ki, sinir əzilməsi də var. Ona görə də qolumu hələ də tərpədə bilmirəm. Bu baxımdan, işə çıxa bilmirəm”.

 

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi.

 

Görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas edilsə də, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər də itkin düşmüş hesab edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46